"Karyeramı başa vurduqdan sonra da burada qala bilərəm"

26 Dekabr 2022 18:20 İtaliya 829
"Karyeramı başa vurduqdan sonra da burada qala bilərəm"

"Milan"ın isveçli forvard Zlatan İbrahimov “Rai 1”ə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, təcrübəli hücumçu Milanda xoşbəxt olduğunu söyləyib:

"Milanda vacib kuboklar qazanmaq, böyük çempionlarla qarşılaşmaq, böyük məşqçilərlə işləmək mənə qismət oldu və ikinci evimə çevrilən şəhəri tanıdım.

Burada özümü evdəki kimi hiss etdiyim insanlarla tanış oldum. Bu şəhərdə özümü çox rahat hiss edirəm.

Milanda yaşamaqdan zövq alıram, yorulmuram. Heç kimə sirr deyil ki, karyeramı başa vurduqdan sonra da burada qala bilərəm".

41 yaçşlı hücumçu 2020-ci ildə "LA Qalaksi"dən "Milan"a keçib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM