10 milyon avro tələb edirlər – Özbək futbolçu üçün

25 Dekabr 2022 21:40 İtaliya 637
10 milyon avro tələb edirlər – Özbək futbolçu üçün

“Roma”nın futbolçusu Eldor Şomurodov qış transfer pəncərəsi zamanı klubunu dəyişə bilər.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı özbək oyunçu “Sampdoriya” və “Fiorentina”nın maraq dairəsindədir.

Paytaxt təmsilçisi futbolçu üçün azı 10 milyon avro tələb edir. Amma hücumçunun xidmətində maraqlı olan klublar hazırda bu məbləği ödəməyə hazır deyil.

Öncədən “Torino”nun da futbolçunu transfer etmək istədiyi bildirilirdi.

“Roma”nın baş məşqçisi Joze Mourinyonun özbək futbolçunu gələcək planlarına daxil etmədiyi bildirilir.

Şomurodov 2021-ci ilin avqustundan “Roma”da çıxış edir. O, 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 8 oyuna çıxıb və 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu