Məşhur məşqçi 31 ildən sonra köhnə klubunun başına keçdi

24 Dekabr 2022 10:00 İtaliya 697
Məşhur məşqçi 31 ildən sonra köhnə klubunun başına keçdi

İtaliyalı məşhur məşqçi Klaudio Ranyerinin yeni iş yeri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, o, 31 ildən sonra yenidən İtaliyanın “Kalyari” komandasına baş məşqçi təyin olunub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 71 yaşlı mütəxəssis B Seriyasında çıxış edən kollektivlə 2025-ci ilin iyununadək müqavilə imzalayıb. Təcrübəli baş məşqçi bu vəzifədə Fabio Liveranini əvəzləyib.

Ranyeri daha əvvəl 1988-1991-ci illər aralığında da “Kalyari”yə rəhbərlik edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti