"Fənərbaxça"dan 10 milyon avro istəyir - Yunanlar

23 Dekabr 2022 01:30 İtaliya 366
"Fənərbaxça"dan 10 milyon avro istəyir - Yunanlar

"Fənərbaxça" heyətini yeni müdafiəçi ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin hədəfində olan futbolçu PAOK-də çıxış edən Konstantinos Kulierakisdir.

"Sarı-lacivərtlilər" 19 yaşlı mərkəz müdafiəçisi üçün Yunanıstan klubuna 4 milyon avroluq təklif göndərib.

Yunanlar isə gənc oyunçu üçün 10 milyon avro tələb edir. Tərəflər arasında danışıqlar davam edir.

Konstantinos Kulierakis PAOK-un yetirməsidir. Yunan müdafiəçi cari mövsümdə əsas komandanın heyətində 11 rəsmi matçda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti