Avrokuboklardan kənarlaşdırılacaq, aşağı liqaya göndəriləcək – “Təmiz” işlədiyini sübut etməsə

10 Dekabr 2022 00:00 İtaliya 426
Avrokuboklardan kənarlaşdırılacaq, aşağı liqaya göndəriləcək – “Təmiz” işlədiyini sübut etməsə

“Yuventus”un başı dərddədir. B Seriyasına göndərilməsi gündəmdə olan klubla bağlı bəd xəbərlər gəlməkdə davam edir.

Sportinfo.az xəbər verir ki, indi də turinlilərin avrokuboklardan kənar qalması ehtimalı yaranıb.

Artıq istefa vermiş rəhbərliyinin qanunsuz əməlləri “Yuventus”u bu aqibətlə üz-üzə qoya bilər. Oyunçulara gizli ödəmələr edilməsi, kluba qanundankənar vəsaitin cəlb olunması təsdiqlənərsə, qitə yarışlarından kənarlaşdırılma qaçılmaz olacaq.

UEFA ciddi araşdırmaya start verib. Turin klubu “təmiz” işlədiyini sübut edə bilməsə, yeni mövsümlə bağlı ciddi sanksiyalar qaçılmazdır.

Rəhbərliyin tələsik istefa verdiyini nəzərə alsaq, ittihamların doğru olduğu qənaətinə gəlmək mümkündür.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"