Klubun prezidenti və vitse-prezidenti istefa verdi – GÖZLƏNİLMƏZ AYRILIQ

29 Noyabr 2022 10:00 İtaliya 409
Klubun prezidenti və vitse-prezidenti istefa verdi – GÖZLƏNİLMƏZ AYRILIQ

"Yuventus"un prezidenti Andrea Anyelli və vitse-prezidenti Pavel Nedved istefa verib.

Sportinfo.az xəbər verir ki, bu barədə məşhur italiyalı jurnalist Fabritsio Romano məlumat yayıb.

O, Turin klububunun idarə heyətinin tam tərkibdə vəzifəsindən ayrıldığını bildirib.

“Yuventus”un bütün rəhbərliyi tamamilə yenidən təşkil olunacaq. Baş direktor Mauritsio Arrivabene yeni direktorlar şurası elan olunana qədər vəzifəsində qalacaq.

Digər Xəbərlər
Xəbər Lenti