"Bu klubdan ayrıldığıma görə peşman oldum"

20 Noyabr 2022 00:10 İtaliya 494
"Bu klubdan ayrıldığıma görə peşman oldum"

Danimarkalı yarımmüdafiəçi Kristian Eriksen "İnter"dən ayrılması haqda danışıb.

Sportinfo.az xəbər verir ki, “TMW” portalına danışanyarımmüdafiəçi Milan klubundan ayrılsa da, orada qalmaq istəyirmiş:

​"Düzünü desəm, İtaliyada yaxşı vaxt keçirdim. Orada qalıb karyeramı davam etdirmək istərdim.

Avropa çempionatından bir il əvvəl hələ də İtaliyada oynayırdım, amma sonra çox şey dəyişdi. İtaliya və "İnter" həmişə mənə müsbət emosiyalar verib.

Ailəm üçün də Milanda yaşamaq xoş idi, klubda özümü rahat hiss edirdim. Ayrıldığıma görə peşman oldum".

Digər Xəbərlər
Xəbər Lenti