Ona yola gətirmək üçün ona yüksək maaş təklif edəcək

2 Oktyabr 2022 10:20 İtaliya 1 002
Ona yola gətirmək üçün ona yüksək maaş təklif edəcək

"Atalanta" və Ukrayna millisinin üzvü Ruslan Malinovski yayda komandasını dəyişəcək.

Sportinfo.az xəbər verir ki, "Roma" ukraynalını transfer etmək üçün indidən hərəkətə keçib.

"Canavarlar" 2023-cü ilin yayında azad agent statusuna yiyələnəcək Malinovskini yola gətirmək üçün ona yüksək maaş təklif edəcək. 29 yaşlı futbolçunun İtaliyanın paytaxtına köçmək niyyətində olduğu bildirilir.

​“Şaxtyor”, “Sevastopol”, “Zorya”, “Genk” klublarında çıxış etmiş yarımmüdafiəçi 2019-cu ildən “Atalanta”da oynayır.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM