Azərbaycan klubu üçüncü oyunda da məğlub oldu

08:00 Hadisə 101
Azərbaycan klubu üçüncü oyunda da məğlub oldu

Azərbaycanın çimərlik futbolu komandası "Marafon" İK "World Winners Cup Alanya 2026" turnirindəki növbəti oyununda da məğlub olub.

Sportinfo.az xəbər verir ki, ölkə təmsilçisi F qrupundakı üçüncü matçında Bolqarıstanın "Spartak" klubuna uduzub.

Görüşün əsas vaxtı 4:4 hesabı ilə bitib. Penaltilər seriyasında isə rəqib daha dəqiq oynayıb - 3:1.

"Marafon" İK ilk turda Çinin TMS klubuna 2:4, ikinci oyunda isə Ukraynanın "Sunrise" (Kiyev) komandasına 6:8 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM