Bakıda Türkiyə təmsilçisinə qalib gəldilər - Avropa Kubokunda

07:20 Basketbol 99
Bakıda Türkiyə təmsilçisinə qalib gəldilər - Avropa Kubokunda

Azərbaycanın "LANDAU Lions" basketbol komandası FIBA Avropa Kubokunda Türkiyənin "Denizli Basket" kollektivinə qalib gəlib.

Sportinfo.az xəbər verir ki, təmsilimiz G qrupunun IV turunun oyununda 94:86 hesablı qələbəyə sevinib.

Qarşılaşma Bakı İdman Sarayında keçirilib.

"LANDAU Lions" əvvəlki üç görüşün hamısında məğlub olub. Erhan Tokerin baş məşqçisi olduğu komanda Danimarkanın "Bakken Birs" (88:91), İsveçrənin "Lions de Geneve" (83:105), Slovakiyanın "Prievidza" klubuna (84:108) uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM