Kvaradona fərqləndi, “Napoli” oyunun taleyini ilk hissədə həll etdi – VİDEO

2 Oktyabr 2022 00:10 İtaliya 405
Kvaradona fərqləndi, “Napoli” oyunun taleyini ilk hissədə həll etdi – VİDEO

“Napoli” İtaliya A seriyasının 8-ci turunda öz meydanında “Torino” ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Napoli”nin heyətində Anqissa dubl edib, Xviça Kvaratsxeliya isə bir qol vurub.

Bu, gürcüstanlı futbolçunun A seriyasında 5-ci qolu olub. Yerli azarkeşlərin əfsanəvi Maradona ilə müqayisə etdikləri və Kvaradona ləqəbi verdikləri hücumçu bu mövsüm ölkə çempionatında iki qolun isə ötürməsini verib.

Bu qələbə ilə xalını 20-yə yüksəldən “Napoli” turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

“Napoli” – “Torino” 3:1
Qollar:
Anqissa, 6, 12, Xviça Kvaratsxeliya, 37 - Sanabriya, 43

Digər Xəbərlər
Xəbər Lenti