“O, məni yaxşı tanıyır”

1 Oktyabr 2022 10:00 İtaliya 809
“O, məni yaxşı tanıyır”

“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba baş məşqçi Massimiliano Alleqri ilə münasibətindən danışıb.

Sporrtinfo.az xəbər verir ki, fransalı Alleqri ilə yaxşı münasibətləri olduğunu deyib:

“Mən Alleqri ilə həmişə çox yaxşı münasibət qurmuşam. O, məni yaxşı tanıyır və keçmişdə birlikdə işlədiyimiz zaman mənə həmişə kömək edib.

Hətta mən “Mançester Yunayted”də olanda da əlaqə saxlayırdıq və tez-tez danışırdıq”.

Poqba bu mövsüm zədə səbəbindən “Yuve”nin oyunlarında iştirak etməyib.

Fransalı yarımmüdafiəçi bu yay Turin klubuna azad agent kimi qayıdıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM