“Əlbəttə, bu, məni qürurlandırır" - 2 klubun hədəfində olan müdafiəçidən açıqlama

28 Sentyabr 2022 12:20 İtaliya 625
“Əlbəttə, bu, məni qürurlandırır" - 2 klubun hədəfində olan müdafiəçidən açıqlama

“İnter”in müdafiəçisi Denzel Dumfris “Çelsi” və “Mançester Yunayted”in onunla maraqlanmasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, niderlandlı “İnter”lə çempionluq qazanmaq istədiyini deyib:

“Əlbəttə, bu məni qürurlandırır, lakin hazırda diqqətimi yalnız “İnter”ə yönəltmişəm.

Biz çempionluğu qazanmaq istəyirik, çünki ötən mövsüm onun bir addımlığında dayanmışdıq. “Milan”a titul uğrunda mübarizədə məğlub olmaq hələ də təsir edir”.

Cari mövsümdə Dumfris “İnter”in heyətində 9 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

“Çelsi” və “Mançester Yunayted”in futbolçu üçün 30-35 milyon avro təklif etməyə hazır olduğu bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi