Klub rəhbərliyi arasında fikir ayrılıqları yarandı - Vitse-prezidenti istefa verəcək?

25 Sentyabr 2022 00:10 İtaliya 762
Klub rəhbərliyi arasında fikir ayrılıqları yarandı - Vitse-prezidenti istefa verəcək?

"Yuventus"un vitse-prezidenti Pavel Nedved klubu tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, onunla klub rəhbərliyi arasında fikir ayrılıqları yaranıb.

Nedved baş məşqçi Massimiliano Alleqrinin istefaya göndərilməsinin tərəfdarı olub. Lakin “Yuventus”un prezidenti Andrea Anyelli məşqçi dəyişikliyinə icazə vermir.

Bildirilib ki, Nedved daha əvvəl də Alleqrinin kluba qayıtmasının əleyhinə olsa da, onun fikri nəzərə alınmayıb.

"Yuventus" A Seriyasında 7 oyundan sonra 10 xalla 8-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM