"Sizin mümkün qədər çox qol vurmağınıza mane olmaq istəyirlər"

19 Sentyabr 2022 15:20 İtaliya 363
"Sizin mümkün qədər çox qol vurmağınıza mane olmaq istəyirlər"

“Roma”nın hücumçusu Temmi Abraham İngiltərə və İtaliya çempionatlarını müqayisə edib.

Sportinfo.az xəbər verir ki, o, hər iki liqanı keyfiyyətli adlandırıb:

“Bu iki liqa digərlərində olmayan keyfiyyətlərə malikdir. İtalyan futbolu taktikası! Rəqib komandalar sizin mümkün qədər çox qol vurmağınıza mane olmaq istəyirlər.

Düşünürəm ki, onlar əsasən qolların vurulmasının qarşısını almağa yönəliblər ki, bu da təbii ki, hücumçunun işini çətinləşdirir.

Mən də tez-tez sərbəst zərbələr qazanmağı öyrənməli idim”.

Abraham 2021/2022 mövsümü başlamazdan əvvəl “Çelsi”dən “Roma”ya 40 milyon avroya keçib.

Digər Xəbərlər
Xəbər Lenti