“İşdən qovulmağa yaxın olduğum barədə bütün şayiələr üçün darıxmışdım"

18 Sentyabr 2022 01:30 İtaliya 385
“İşdən qovulmağa yaxın olduğum barədə bütün şayiələr üçün darıxmışdım"

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri istefaya göndərilə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, keçirdiyi mətbuat konfransında deyib:

“İşdən qovulmağa yaxın olduğum barədə bütün şayiələr üçün darıxmışdım. Bir pis oyunla mətbuat mənim mümkün gedişimlə bağlı xəbərlərlə dolu idi.

Gülməlidir! Mən gələcəyimizə əminəm, ona görə də futbolçulara dedim: beynəlxalq fasiləmi korlamayın, bir az dincəlməliyəm”.

Turin təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinin ilk iki oyununda PSJ (1:2) və "Benfika"ya (1:2) uduzub.

Digər Xəbərlər
Xəbər Lenti