“Çətin anlar yaşayırıq, çox narahatam və bunu gizlətmirəm”

15 Sentyabr 2022 21:40 İtaliya 736
“Çətin anlar yaşayırıq, çox narahatam və bunu gizlətmirəm”

"Yuventus" Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Benfika"ya 1:2 uduzub.

Sportinfo.az xəbər verir ki, "Tutto Juve"danışan komandanın kapitanı Leonardo Bonuççi məğlubiyyəti belə şərh edib:

"Azarkeşlərin bizi fitə basmasında qəribə heç nə yoxdu. Uduzmamalı olduğumuz matçı uduzduq.

Ona görə də fitə basılmağımız tamamilə haqlı idi. Təəssüf ki, vurduğumuz qollardan sonra bizim üçün çətin olan anı yaşayırıq.

Çox narahatam və bunu gizlətmirəm. Uğursuzluğun fiziki və ya əqli geriləmə ilə əlaqəli olduğunu bilmirəm.

İndi sadəcə susmaq və işləmək vaxtıdı".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti