Yığmamızın futbolçusunun oğlu tanınmış adları qabaqladı - FOTO

10 Sentyabr 2022 02:30 İtaliya 375
Yığmamızın futbolçusunun oğlu tanınmış adları qabaqladı - FOTO

İtaliya A Seriyasında avqust ayının ən yaxşı oyunçusu məlum olub.

Sportinfo.az xəbər verir ki, başa çatan ayın ən yaxşısı adına "Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya layiq görülüb.

Vaxtilə Azərbaycan yığmasının formasını geyinmiş Badri Kvaratsxeliyanın oğlu səsvermədə "Roma"dan Paulo Dibalanı, "Atalanta"dan Ten Kopmeynersi, "İnter"dən Lautaro Martinesi və "Yuventus"dan Duşan Vlahoviçi qabaqlayıb.

Xviça Kvaratsxeliya "Napoli"yə yayda Batumi "Dinamo"sundan transfer olunub.

21 yaşlı vinger avqust ayında Neapol təmsilçisinin heyətində meydana çıxdığı 4 A Seriyası matçında 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"