“Mən ona hörmət etməyən adam tanımıram” - Məşhur məşqçi

9 Sentyabr 2022 22:00 İtaliya 848
“Mən ona hörmət etməyən adam tanımıram” - Məşhur məşqçi

“Roma”nın baş məşqçisi Joze Mourinyo Böyük Britaniya kraliçası II Elizabetin ölümünə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı məşqçi, çox kədərləndiyini deyib:

“Kraliçanın ölümünə görə çox kədərlənirəm. Böyük Britaniyada qərib deyiləm, bura mənim evimdir. II Elizabet gözəl insan idi. Mən ona hörmət etməyən adam tanımıram”.

II Elizabet 1952-ci ildə, atası Kral VI Georqun ölümündən sonra taxta çıxıb. Britaniya taxt-tacının vərəsəlik qaydasına görə,

Böyük Britaniyanın növbəti kralı onun oğlu, Uels şahzadəsi Çarlz olub. Bu il onun 74 yaşı tamam olur.

Bukingem Sarayı sentyabrın 8-də Böyük Britaniya kraliçasının 96 yaşında vəfat etdiyini elan edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!