"O, yaxşı oğlandır və yüksək səviyyəli futbolçudur"

8 Sentyabr 2022 03:40 İtaliya 1 041
"O, yaxşı oğlandır və yüksək səviyyəli futbolçudur"

"Napoli"nin baş məşqçisi Luçano Spaletti İtaliya A seriyasının 5-ci turunun "Latsio" ilə görüşünü şərh edib.

Sporinfol.az xəbər verir ki, "DAZN"a danışan Spaletti komandasının evdəki 2:1 hesablı qələbəsi barədə bunları deyib:

"Güclü rəqibə qarşı çətin oyun keçirdik. Zəif startdan sonra oyunun kontrolu bizim tərəfimizə keçdik. Bundan da razıyam.

Xviça Kvaratsxeliya oyunun gedişində texniki sarıdan çox yaxşıdı, birəbirdə də güclüdür.

O, topu özündə əla saxlayır. Xviça yaxşı oğlandır və yüksək səviyyəli futbolçudur".

Xviça «Kəpəz» və «Şəmkir»in sabiq hücumçusu, Azərbaycan yığmasının da formasını geyinmiş Badri Kvaratsxeliyanın oğludur.

Digər Xəbərlər
Xəbər Lenti