Yığmamızın hücumçusunun oğlu İtaliyada ən yaxşı seçildi

5 Sentyabr 2022 02:20 İtaliya 651
Yığmamızın hücumçusunun oğlu İtaliyada ən yaxşı seçildi

İtaliya A Seriyasında avqust ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, geridə qalan ayın ən yaxşısı adına "Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya layiq görülüb.

Yığmamızın sabiq hücumçusu Badri Kvaratsxeliyann oğlu olan vinger İtaliya Futbolçular Birliyinin seçiminə əsasən ən yaxşı adına layiq görülüb.

21 yaşlı gürcü futbolçu avqust ayında "Napoli"nin heyətində meydana çıxdığı 4 A Seriyası matçında 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti