PSJ-nin növbəti təklifini rədd etdi - Təklif olunan məbləğ gözlərinə az dəydi

20 Avqust 2022 18:40 İtaliya 717
PSJ-nin növbəti təklifini rədd etdi - Təklif olunan məbləğ gözlərinə az dəydi

"İnter" futbolçusu Milan Şkrinyar üçün PSJ-nin göndərdiyi növbəti təklifi rədd edib.

Sportinfo.az xəbər verir ki,, Milan klubu 50 milyon avroluq təzminat + bonuslarla razılaşmayıb.

Bildirilib ki, “İnter” Şkrinyarı əsas oyunçusu hesab etdiyi üçün onu satmaq fikrində deyil.

Bundan əlavə, klub yaxın vaxtlarda Slovakiya millisinin müdafiəçisi ilə yeni uzunmüddətli müqavilə bağlamağa hazırlaşır. Tərəflər arasında mövcud müqavilə 2023-cü ilin iyununda başa çatır.

Şkrinyar 2017-ci ildə "Sampdoriya"dan "İnter"ə keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti