Bu ölkənin iki tanınmış klubu Ronaldodan imtina etdi

16 Avqust 2022 12:20 İtaliya 632
Bu ölkənin iki tanınmış klubu Ronaldodan imtina etdi

“Mançester Yunayted” “İnter” və “Milan”a portuqaliyalı hücumçu Kriştiano Ronaldonu transfer etməyi təklif edib.

Sportinfo.az xəbər verir ki, klublar 37 yaşlı hücumçunu almaqda maraqlı olmadığı üçün “qırmızı şeytanlar”ın təklifindən imtina edib.

Daha əvvəl Ronaldonun “Mançester Yunayted”dən ayrılmaq istədiyi və karyerasını davam etdirmək üçün klub axtardığı bildirilirdi. Futbolçu üçün prioritet Çempionlar Liqasında çıxış edən klubdur.

İngiltərə Premyer Liqasının 2-ci turunun “Mançester Yunayted” – “Brentford” oyunundan (0:4) sonra Ronaldo baş məşqçi Erik ten Haqa yaxınlaşmayıb və əlini sıxmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"