İcarəyə götürdüyü hücumçunun transfer hüququnu da aldı

17 İyun 2023 00:00 İtaliya 1 188
İcarəyə götürdüyü hücumçunun transfer hüququnu da aldı

“Napoli” “Verona”dan icarəyə götürdüyü Covanni Simeonenin transfer hüquqlarını alıb.

Sportinfo.az xəbər verir ki, A Seriyasının qalibi bunun üçün “Verona”ya 12 milyon avro ödəyib.

27 yaşlı forvardla da 3+1 illik müqavilə imzalanıb.

Neapollular Covannini 2022-ci ilin yayında satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürmüşdülər. İcarə haqqı olaraq “Verona”ya 3.5 milyon avro ödənilmişdi.

Argentinalı qoleador geridə qalan mövsümdə bu komandanın heyətində 33 oyuna 9 qol vurub və İtaliya çempionluğunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"