"İnter" 3 erkən qolla "Roma"nı səfərdə darmadağın etdi - VİDEO

5 Dekabr 2021 15:40 İtaliya 589
"İnter" 3 erkən qolla "Roma"nı səfərdə darmadağın etdi - VİDEO

İtaliya A Seriyasında XVI turun mərkəzi görüşü "Roma" və "İnter" komandaları arasında keçirilib.

Sportinfo.az xəbər verir ki, "Olimpiko" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Hesabı 15-ci dəqiqədə Hakan Çalhanoğlu açıb. Türkiyə milllisinin yarımmüdafiəçisi topu künc zərbəsindən birbaşa qapıya göndərib.

Bundan 10 dəqiqə sonra Çalhanoğlu Edin Cekoya məhsuldar ötürmə verib. 39-cu dəqiqədə isə Denzel Dümfris matçda son nöqtəni qoyub.

Bu qələbə sayəsində xallarını 37-yə çatdıran "İnter" 2-ci pilləyə qalxıb. "Roma" isə 25 xalla 5-cidir.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!