Respublika stadionunun direktoru: "Arenanın ot örtüyü yüksək səviyyədədir"

31 Avqust 2023 03:30 Araşdırma 972
Respublika stadionunun direktoru: "Arenanın ot örtüyü yüksək səviyyədədir"

Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"ın Sloveniya "Olimpiya"sına qarşı keçirəcəyi Avropa Liqasının pley-off mərhələsinin cavab oyununa hazırlıqlar davam edir.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a mərkəzi arenanın direktoru Tələt Məmmədov məlumat verib.

O, matça hazırlığın yaxşı getdiyini bildirib. Direktor meydanın ot örtüyünün yüksək səviyyədə olduğunu da vurğulayıb.

Azərbaycan təmsilçisi Lyublyanada rəqibini 2:0 hesabı ilə üstələyib. Avqustun 31-də baş tutacaq "Qarabağ" - "Olimpiya" oyunu saat 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!