"Real"ın ulduzu Zİnədin Zidandan şikayət etdi

26 Oktyabr 2020 22:20 İspaniya 717
"Real"ın ulduzu Zİnədin Zidandan şikayət etdi

"Real"ın futbolçusu İsko baş məşqçi Zİnədin Zidandan narazıdır.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi fransalı mütəxəssisin onu kifayət qədər oynatmadığını düşünür.

İsko bununla bağlı "Goal"a bildirib: "Zidan məni əvəzləmək istəyəndə bunu 50 və ya 60-cı dəqiqələrdə edir. Bəzən hətta fasilədə. Yox, əgər sonradan meydana daxil olacamsa, bu, 80-ci dəqiqədən sonra baş verir".

İsko bu mövsüm "Real"ın heyətində 4 matçda 148 dəqiqə meydanda olub. O, 2013-cü ildən Madrid klubunun formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM