
"Feyenord"da çıxış edən Orkun Kökçü İngiltərə "Arsenal"ının transfer hədəflərindən birinə çevrilib.
Sportinfo.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi London təmsilçisinin məşqçilər heyətinin planlarına daxil olmayan Mesut Özili əvəzləyə bilər.
"Topçular" türkiyəli yarımmüdafiəçi ilə tezliklə danışıqlara başlamağı planlaşdırır.
Onunla İspaniya "Sevilya"sı da maraqlanır. "Feyenord"un yetirməsi Rotterdam təmsilçisinin əsas komandasında 2018-ci ilin sentyabrında debüt edib. Gənc futbolçu bu mövsüm 35 oyunda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Orkun Kökçü hazırda "Sabah"da çıxış edən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün qardaşıdır.
AFFA onun da milliləşdirilməsində maraqlıdır və xeyli müddətdir bu istiqamətdə çalışır. Təəssüf ki, federasiya hələlik heç bir nəticə əldə edə bilməyib.