
“Qarabağ“ həftəiçi avrokuboklarda yeni mövsümü açdı.
Çempionlar Liqasına qatılan “köhlən atlar“ ikinci təsnifat mərhələsinin ilk matçında Cəbbəlütariqə səfər etdi.
Yerli “Linkoln“un qonağı olan Azərbaycan çempionu 2:0 hesabıyla qalib gəldi. Ağdamlılar ilk hissədə Juninyo, fasilədən sonra Toral Bayramovun vurduğu qollarla istəyinə çatdı.
Bu matçda baş verən bir hadisənin görüntülələri sosial şəbəkələrdə ildırım sürətiylə yayılıb.
Juninyonun hesabı açdığı epizoddan sonra qol sevincini Əli adlı fiziki qüsurlu uşağa həsr eləməsi izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Braziliyalı hücumçu onu bir müddət əvvəl tanıyıb. Klubun bazasına gətirilən Əli sevimli forvardını görməkdən necə xoşbəxt olubsa, hisslərini gizlədə bilməyib.
Uşağın ona münasibəti Juninyonu təsirləndirib və bu qolu vurarkən Əlinin adını çəkməsi təsadüfi deyil.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: