"Barsa"ya niyə "yox" deyib?

17 Yanvar 2020 15:15 İspaniya 678
"Barsa"ya niyə "yox" deyib?

Qətərin "Əl-Sədd" klubunun baş məşqçisi Xavi “Barselona”dan təklif aldığını etiraf edib.

Sportinfo.az xəbər verir ki, Xavi sabiq klubunun təklifini qəbul etməyib. O, “Barsa”ya niyə “yox” cavabı verdiyini belə əsaslandırıb:

“Bəli, “Barselona”dan təklif almışdım. Amma qəbul etmədim. Çünki bu səviyyəli komandanı çalışdırmaq hələ mənim üçün tezdir.

Amma bu, mənim arzum olaraq qalacaq. Qərarımla bağlı öncə ailəmə məlumat verdim, sonra isə “Əl-Sədd”in futbolçularına.

Çünki onlar situasiyanı həyəcanla izləyirdilər. 3 gün ərzində özümü yaxşı hiss etmədim. Amma indi bütünlüklə işimə köklənmişəm”.

“Barselona” istefaya göndərilən Valverdenin yerinə Kike Seteni gətirib.

Digər Xəbərlər
Xəbər Lenti