Azar "El Klasiko"nu buraxacaq

5 Dekabr 2019 18:40 İspaniya 499
Azar "El Klasiko"nu buraxacaq

"Real"ın yarımmüdafiəçisi Eden Azar "Barselona" ilə oyunu buraxmalı olacaq.

Sportinfo.az xəbər verir ki, belçikalı zədəli olduğuna görə "El Klasiko"ya özünü çatdıra bilməyəcək. Ayağında kiçik çat əməli gəldiyinə görə belçikalı ulduz məşq edə bilmir. Onun bərpa prosesi gözləniləndən ləng gedir. Hazırda qoltuq ağacının köməkliyi ilə gəzən Azarın nə zaman meydanlara qayıdacağı dəqiqləşməyib.

“Barselona” – “Real” matçı dekabrın 18-də “Kamp Nou”da keçiriləcək. Matç daha əvvəl baş tutmalı idi. Amma Barselonadakı iğtişaşlar səbəbindən derbi təxirə salınmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”