Bakıda dubl etdi, adını afrikalıların “beşliy”ində gördü

Bakıda dubl etdi, adını afrikalıların “beşliy”ində gördü

Çempionlar Liqasının 3-cü turunda “Sabah”la keçirilən oyun Dortmund “Borussiya”sının hücumçusu Seru Girassi üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, Bakı Olimpiya Stadionundakı görüşdə dubl edərək komandasına 2:1 hesablı qələbə qazandıran qvineyalı forvard qitənin ən nüfuzlu klub turnirində ən çox qol vuran afrikalı futbolçuların siyahısında ilk “5-liy”ə yüksəlib.

Matçın 10 və 53-cü dəqiqələrində fərqlənən 30 yaşlı oyunçu Çempionlar Liqasında keçirdiyi 31 oyunda qol sayını 23-ə çatdırıb.

İndi afrikalılar arasında onu yalnız Sadio Mane (27 qol), Samuel Eto’o (30), Didye Droqba (44) və Məhəmməd Salah (50) qabaqlayırlar.

Ümumiyyətlə, Çempionlar Liqasında 23 qol həddinə Girassidən daha az oyunda çatan cəmi 3 futbolçu var. Erlinq Haland bu göstəriciyə 19, Filippo İnzaqi və Rud van Nistelroy isə 29 qarşılaşmada çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM