Haland karyerasını “Barselona”da davam etdirə bilər – Danışıqlara başladılar

00:00 İspaniya 87
Haland karyerasını “Barselona”da davam etdirə bilər – Danışıqlara başladılar

“Mançester Siti”nin hücumçusu Erlinq Haland karyerasını “Barselona”da davam etdirə bilər.

Sportinfo.az “El Nacional”-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi “şəhərlilər”in düşdüyü çətin vəziyyətdən (klubu gözləyən maliyyə cəzası) yararlanmaq istəyir və artıq 26 yaşlı forvardın transferi ilə bağlı danışıqlara başlayıb.

“Barselona” bu transfer uğrunda mübarizədə “Real”ı qabaqlamağı hədəfləyir. “Mançester Siti” maliyyə məsələləri ilə bağlı ciddi cəzaya məruz qalarsa, norveçli futbolçunun nisbətən aşağı məbləğ qarşılığında transfer oluna biləcəyi gözlənilir.

Bundan başqa, Kataloniya klubunun “Mançester Siti”nin digər futbolçuları – Yoşko Qvardiol, Rayan Çerki, Jeremi Doku, Fil Foden və Antuan Semenyo ilə də maraqlandığı bildirilir.

“Transfermarkt” portalı Halandın bazar dəyərini 220 milyon avro qiymətləndirir.

Onun keçidi ilə bağlı danışıqlara başlayan “Barselona” Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?