"Qapıların yavaş-yavaş üzümüzə açılması çox xoşdur"

23 Oktyabr 23:20 Dünya çempionatı 100
"Qapıların yavaş-yavaş üzümüzə açılması çox xoşdur"

Rusiya Premyer Liqasının (RPL) prezidenti Aleksandr Alayev 22-30 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək FIFA U-15 Dünya Kuboku və FIFA Festivalı ilə bağlı şərh verib.

Sportinfo.az "TASS"a istinadən xəbər verir ki, Alayev Bakıdakı turnir barədə buları deyib:

"Bu, gözəl turnirdir. Mənim üçün bu, hətta idman turniri deyil, böyük futbol festivalıdır. Orada 191 ölkə olacaq və bizimkilər də iştirak edəcək...

Qapıların yavaş-yavaş üzümüzə açılması çox xoşdur. Əlbəttə ki, bu, Rusiya futbolunun (UEFA və FIFA yarışlarına – red.) qəbul edilməsi istiqamətində bir addımdır, 100 faiz belədir".

Bu, 2022-ci ildən bəri Rusiya milli komandasının öz bayrağı və himni altında çıxış edəcəyi ilk rəsmi FIFA turniridir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM