Premyer Liqanın hansı klubunun baş məşqçisi ildə 50 kitab oxuyur? - FOTOLAR

01:10 Sabah 92
Premyer Liqanın hansı klubunun baş məşqçisi ildə 50 kitab oxuyur? - FOTOLAR

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Bakıda keçirilən Beynəlxalq Kitab Sərgisini ziyarət edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Litvanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Litvalı mütəxəssis həyat yoldaşı İnqrida Dambrauskiene ilə birlikdə sərgidə ölkəsinin səfirliyinə məxsus stendə baş çəkib.

Onlar litvalı yazıçı Benas Berantas və Akvile Vaşkeleviçiene ilə mütaliənin əhəmiyyəti barədə söhbət ediblər. Səfirliyin paylaşımında Dambrauskasın kitaba böyük marağı olduğu vurğulanıb.

"Valdas beş yaşından oxuduğunu və hazırda hər il 50-dən çox kitab mütaliə etdiyini bildirib. Onun mesajı sadə və ilhamverici idi: mütaliə insanın həyatını dəyişə bilər.

Kitablar yeni dünyaların qapılarını açır, dünyagörüşümüzü genişləndirir və arzularımıza çatmağımıza kömək edir" - deyə səfirliyin məlumatında qeyd olunub.

İldə 50 kitab oxuyur - Şəkillər

İldə 50 kitab oxuyur - Şəkillər

İldə 50 kitab oxuyur - Şəkillər

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM