“Fransa millisinə vurduğum qollar karyeramın ən vacib qolları idi” - MESSİ

01:40 Dünya futbolu 90
“Fransa millisinə vurduğum qollar karyeramın ən vacib qolları idi” - MESSİ

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi 2022-ci ildə dünya çempionu olmağın karyerasında xüsusi yer tutduğunu bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Dünya çempionatını qazanmaq karyeramın zirvəsidir. Bu, mənim üçün sadəcə bir xəyal deyildi, ondan daha artıq idi.

Finalda Fransa millisinə vurduğum qollar karyeramın ən vacib qolları idi. Çünki onlar xüsusi məna daşıyırdı, üstəlik, matçın özünün də əhəmiyyəti böyük idi”.

Messi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının finalında, Fransa yığması ilə qarşılaşmada (3:3, penalti 4:2) 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM