"Qarşıma çıxan hər şeyi qazanmaq üçün cəhd etməkdən heç vaxt vaz keçmədim" - MESSİ

10:20 Dünya futbolu 89
"Qarşıma çıxan hər şeyi qazanmaq üçün cəhd etməkdən heç vaxt vaz keçmədim" - MESSİ

“İnter Mayami”nin hücumçusu Lionel Messi gələcək futbolsevərlərin yaddaşında necə qalmaq istədiyindən danışıb.

Sportinfo.az “All About Argentina” nəşrinə istinadən xəbər verir ki, əfsanəvi futbolçu karyerası boyunca əldə etdiyi uğurlara və əsas götürdüyü prinsiplərə toxunub.

Səkkizqat “Qızıl top” mükafatçısı öz irsi barədə danışarkən bunları deyib:

“Məni necə xatırlamalarını istərdim? Həmişə məqsədlərinə çatmaq və xəyallarını gerçəkləşdirmək üçün mübarizə aparan böyük bir idmançı kimi.

Bəzən istədiyimə nail ola bilirdim, bəzən isə yox, amma qarşıma çıxan hər şeyi qazanmaq üçün cəhd etməkdən heç vaxt vaz keçmədim”.

Lionel Messi 2000-ci ildən “Barselona”nın aşağı yaş qruplarında olub, 2004-2021-ci illərdə isə Kataloniya təmsilçisinin əsas heyətində çıxış edib.

Bu müddət ərzində o, 10 dəfə İspaniya çempionluğu və 4 dəfə Çempionlar Liqası zəfəri daxil olmaqla, ümumilikdə 35 titul qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti