Çinin Nankin şəhərində keçiriləcək gimnastika üzrə dünya çempionatında Azərbaycanı təmsil edəcək batut və tamblinq idmançılarının adları açıqlanıb.
Sportinfo.az xəbər verir ki, mundialda ölkəmizi yeddi gimnast təmsil edəcək.
Batut yarışlarında Maqsud Mahsudov, Selcan Mahsudova və Hüseyn Abbasov mübarizə aparacaqlar. Tamblinq üzrə isə Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşov qüvvələrini sınayacaqlar.
Noyabrın 4-dən 8-dək keçiriləcək dünya çempionatında 34 ölkədən 360-dan çox idmançı medallar uğrunda mübarizə aparacaqlar.
