“Barselona”nın müdafiəçisi Jerar Martin Avropanın bir sıra top-klublarının maraq dairəsinə düşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu “Liverpul”, “Bayern” və digər aparıcı klubların diqqətini cəlb edib.
Ancaq “Barselona”nın baş məşqçisi Hans-Diter Flik müdafiəçinin komandadan ayrılmasına qarşıdır. Kataloniya klubu artıq Martinlə yeni müqavilə üzərində işləyir.
İspaniyalı futbolçunun “Barselona” ilə hazırkı sözləşməsinin müddəti 2028-ci il iyunun sonuna qədərdir. “Transfermarkt” portalı onun bazar dəyərini 40 milyon avro qiymətləndirir.
“Barselona” UEFA Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda, noyabrın 25-də Bakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.
