Millimizin iki sabiq oyunçusu Türkiyədə qarşılaşdı, üzülən Elvin oldu

03:30 Bizimkilər 94
Millimizin iki sabiq oyunçusu Türkiyədə qarşılaşdı, üzülən Elvin oldu

Türkiyə birinci liqasında 12-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, turun açılış matçında Azərbaycan millisinin üzvü olmuş Ozan Can Kökçünün çıxış etdiyi “Vanspor” səfərdə Elvin Yunuszadənin formasını geydiyi “Boluspor”un qonağı olub.

Qarşılaşma Van klubunun qələbəsi ilə başa çatıb.

Start heyətində yer alan Ozan Can Kökçü 76-cı dəqiqədə əvəzlənib. Matça ehtiyat oyunçular skamyasından başlayan Elvin Yunuszadə isə 90-cı dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 10-a çatdıran "Vanspor" turnir cədvəlinin 17-ci pilləsində yer alıb. 1 xalı olan “Boluspor” isə 20 komanda arasında sonuncudur.

“Boluspor” - “Vanspor” 0:3
Qollar:
Çiftçi, 58-pen, Sever, 70, de Oliveira, 90+6

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM