Türkiyə Futbol Federasiyası (TFF) Mərkəzi Hakimlər Komitəsinə (MHK) yeni rəhbər təyin edib.
Sportinfo.az xəbər verir ki, qurumun İdarə Heyətinin qərarı ilə MHK sədri vəzifəsinə ingiltərəli sabiq referi Entoni Teylor gətirilib.
Bu barədə federasiyanın mətbuat xidməti rəsmi bəyanat yayıb.
Teylor bu postda istefa verən Ferhat Gündoğdunu əvəzləyib.
Təyinata qədər Türkiyədə elit hakimlər üzrə direktor kimi fəaliyyət göstərən ingilis mütəxəssislə yanaşı, komitənin yeni heyəti də müəyyənləşib. Alan Snoddi, İqor Radoyiçiç və Barış Şimşək MHK-nın yeni üzvləri seçiliblər.
Entoni Teylor uzun illər İngiltərə Premyer Liqasında, həmçinin FIFA və UEFA bayrağı altında keçirilən mötəbər beynəlxalq turnirlərdə əsas referi kimi idarəçilik edib.
Komitə üzvü olan Barış Şimşək isə br müddət AFFA Hakimlər Komitəsinn sədri olub.

