Komanda yoldaşı Ardaya dedi: “Sən ən yaxşısan!”

00:10 İspaniya 98
Komanda yoldaşı Ardaya dedi: “Sən ən yaxşısan!”

“Real” dünən İspaniya La Liqasının 9-cu turunda “Sevilya”nı qəbul edib. Joze Mourinyonun rəhbərlik etdiyi komanda 4:1 hesablı qələbə qazanıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, qarşılaşmadan sonra “Real”ın vingeri Yan Diomande türkiyəli komanda yoldaşı Arda Güləri tərifləyib: “Arda, sən ən yaxşısan!”

Qarşılaşmada Diomande və Gülər hərəyə bir qol vurub. Fransalı hücumçu Kilian Mbappe isə dubl edib.

La Liqada 9 turdan sonra 21 xal toplayan “Real” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?