Kişilər arasında Super Liqanın yeni mövsümünə start verildi

04:30 Voleybol 77
Kişilər arasında Super Liqanın yeni mövsümünə start verildi

Kişi voleybolçular arasında Super Liqanın 2026–2027-ci illər mövsümünə start verilib.

Sportinfo.az xəbər verir ki, GİN-in Voleybol Mərkəzində keçirilən I turun ilk qarşılaşmasında “AZERRAIL” komandası “Gənclər” klubunu 3:0 hesabı ilə məğlub edib.

Günün digər oyununda isə “ORDU” “Murov Az Terminal” üzərində eyni hesabla qələbə qazanıb.

I turun növbəti görüşündə “Xilasedici” və “Neftçi” komandaları üz-üzə gələcəklər. Qarşılaşma oktyabrın 24-də saat 17:00-da FHN-in idman zalında keçiriləcək.

Kişi voleybolçuların Super Liqasında altı komanda — “Xilasedici”, “ORDU”, “Neftçi”, “Murov Az Terminal”, “AZERRAIL” və “Gənclər” iştirak edirlər. Yarışlar dairəvi sistem üzrə, ev-səfər prinsipi ilə iki dövrədə təşkil olunacaq.

İki dövrənin yekununda turnir cədvəlinin ilk dörd pilləsində qərarlaşacaq komandalar pley-off mərhələsində iştirak hüququ qazanacaqlar.

“AZERRAIL” - “Gənclər” 3:0 (25:17, 25:11, 25:16)

“ORDU” - “Murov Az Terminal” 3:0 (25:20, 25:14, 25:20)

Digər Xəbərlər
Xəbər Lenti