"Neftçi" ilə matçda yaş limitini pozdular, AFFA biganə qalmadı

07:50 Qadın futbolu 125
"Neftçi" ilə matçda yaş limitini pozdular, AFFA biganə qalmadı

AFFA İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

AFFA U-14 Qızlar Liqasının "Sabah" – "Ulduz FA" oyununda Əsasnaməyə uyğun yaş limitini pozduğu üçün qonaq komanda 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

AFFA U-14 Qızlar Liqasının "Türkan" (Bakı) – "Neftçi" matçında isə Əsasnaməyə uyğun yaş limitini pozan meydan sahibi komandaya texniki məğlubiyyət verilib.

Digər Xəbərlər
Xəbər Lenti