“Real”a sadiq qalacağını təsdiqlədi - Ərəbistandan sərfəli təklif olsa da

01:30 İspaniya 81
“Real”a sadiq qalacağını təsdiqlədi - Ərəbistandan sərfəli təklif olsa da

“Real”ın yarımmüdafiəçisi Çud Bellingem digər klubların marağına və Səudiyyə Ərəbistanından sərfəli təklif almaq ehtimalına baxmayaraq, Madrid təmsilçisinə sadiq qalacağını təsdiqləyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu “Real”la müqavilənin müddətinin uzadılması ilə bağlı razılığa gəlib.

Onun illik maaşının təxminən 30 milyon avro olacağı bildirilir.

23 yaşlı yarımmüdafiəçinin Madrid klubu ilə hazırkı anlaşmasının müddəti 2029-cu ilin iyununun sonunda başa çatacaq. Onun bazar dəyəri 160 milyon avro qiymətləndirilir.

Bellingem bu mövsüm İspaniya La Liqasında 9 oyuna çıxıb, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?