“Çox yaxşı və güclü iki heyətimiz var, bu, bizə ciddi problem yaratmır”

03:00 Sabah 88
“Çox yaxşı və güclü iki heyətimiz var, bu, bizə ciddi problem yaratmır”

“Bizim çox yaxşı və güclü iki heyətimiz var. Onlar həm çempionatda, həm də Çempionlar Liqasında uğurla mübarizə aparmaq gücündədirlər.

Yorğunluq faktoruna gəldikdə isə, bu, minimal səviyyədədir və komanda üçün ciddi problem yaratmır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”dan Abdulla Xaybullayev deyib.

Yarımmüdafiəçi Çempionlar Liqasının liqa mərhələsində “Borussiya” (Dortmund) ilə keçirilən qarşılaşmanı da dəyərləndirib.

O, komandanın gərgin mübarizəyə baxmayaraq, meydanı məğlubiyyətlə tərk etməsindən təəssüfləndiyini bildirib:

“Komanda gərgin keçən oyunda təəssüf ki, məğlub oldu. Buna baxmayaraq, qarşılaşma maraqlı alındı və rəqibin təcrübəsi ilə ustalığı sonda nəticəyə öz təsirini göstərdi”.

Xaybullayev növbəti oyunlara hazırlıq barədə də danışıb:

“Növbəti oyunlara hazırlıq mərhələli şəkildə həyata keçirilir. Diqqət əvvəlcə “Qarabağ”la qarşılaşmaya yönəldilib.

Məqsədimiz həm ölkə çempionatında zirvədə qalmaq, həm də “Vikinq”lə matça daha yaxşı hazırlaşmaqdır”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM