Rumıniya Superliqasında 13-cü turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” səfərdə “Botoşani”nin qonağı olub.
Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb.
Görüşə ehtiyat oyunçular skamyasından başlayan Cəlal Hüseynov 72-ci dəqiqədə Luças Veqanın əvəzinə meydana daxil olub.
Bu qələbə sayəsində xallarının sayını 23-ə çatdıran "Petrolul" turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.
“Botoşani” - “Petrolul” 1:3
Qollar: Martins, 27 (0:1), İonita, 39 (0:2), Martins, 54 (0:3), Dumiter, 65 (1:3)
