“Sabah”ın Çempionlar Liqasında rəqibi olan “Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Betis”in vingeri Abde Ezzalzouli ilə maraqlanır.
Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis 24 yaşlı futbolçunun oyununu çoxdan bəyənir.
Bildirilir ki, Kataloniya klubu əvvəlki transfer pəncərələrində Abdeni geri qaytarmaq variantını da nəzərdən keçirib.
Mərakeşli futbolçu 2021–2023-cü illərdə “Barselona”da çıxış edib. O, daha sonra 7,5 milyon avro qarşılığında “Betis”ə keçib.
“Barselona” İspaniya La Liqasının 9-cu turunda “Betis”i 5:2 hesabı ilə məğlub edib. Sevilya təmsilçisinin heyətində qollardan birini Ezzalzouli vurub.
