“Qarabağ”ı yayda tərk etmiş legionerdən QOL XƏBƏRİ

04:00 Hadisə 117
“Qarabağ”ı yayda tərk etmiş legionerdən QOL XƏBƏRİ

Bu yay “Qarabağ”ı “Polesye”yə dəyişən Leandro Andrade Ukrayna klubunda növbəti qolunu vurub.

Sportinfo.az xəbər verir ki, Ukrayna çempionatının 10-cu turunda “Polesye” öz meydanında “Obolon”u 3:0 hesabı ilə məğlub edib.

Andrade 9-cu dəqiqədə matçda hesabı açmaqla komandasının qələbəsində pay sahibi olub. “Polesye”nin digər qollarını isə İqor Krasnopir (59) və Vladislav Veleten (70) vurublar.

Bu, Andradenin yeni klubunun heyətində rəsmi görüşlərdə 3-cü qoludur. O, daha əvvəl “Kudrivka” ilə həm çempionat, həm də kubok matçında fərqlənib.

10 turdan sonra 25 xalı olan “Polesye” Ukrayna çempionatında liderdir. 1 oyun az keçirən “Şaxtyor” 24 xalla ikincidir.

Digər Xəbərlər
Xəbər Lenti