“Məyus oldu, amma matçın sonunda nəyisə dəyişmək istədim”

2 Fevral 00:00 İspaniya 595
“Məyus oldu, amma matçın sonunda nəyisə dəyişmək istədim”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Lamin Yamalın UEFA Çempionlar Liqasında “Atalanta” ilə matçda (2:2) əvəzlənməsinə reaksiyasını şərh edib.

Sportinfo.az “Football Espana”-ya istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı, Yamalın məyus olduğunu bildirib:

“Yamal məyus oldu, amma matçın sonunda nəyisə dəyişmək istədim. Son dəqiqələrdə qələbə qazanacağıma ümid edirdim.

Bununla belə, yekunda hesab heç-heçə olaraq qaldı”.

Kataloniya klubu Çempionlar Liqasının ümumi mərhələsini 19 xalla başa vurub. Flikin komandası 2-ci yerdən birbaşa 1/8 finala yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Dekabr 18:10 Çək və bizə göndər!
20 Dekabr 08:50 Ruslar Musayevi seçdi
20 Dekabr 00:30 "Qarabağ"dan 3 XƏBƏR